Ölkə futbolu
“Zirə”nin prezidenti: “Bunu onlar da təsdiqləyə bilər”
“2000-ci il təvvəllüdlü futbolçumuz Hüse…
“2000-ci il təvvəllüdlü futbolçumuz Hüseyn Əhmədov “Səbail” ilə oyunun birinci hissəsi ərzində ehtiyat oyunçular skamyasında əyləşmişdi. Hətta matçdan əvvəl onun lisenziyası dördüncü hakimə təqdim edilib”.
Futbolinfo.az xəbər verir ki, bunu “Report”a “Zirə”nin prezidenti Natiq İsmayılov Azərbaycan Premyer Liqasının 4-cü turunda "Səbail" ilə 1:1 hesabı ilə başa çatan matçda Əsasnaməni pozmaları ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
O, bildirib ki, futbolçunun adının protokolda qeyd olunmaması mexaniki səhvdi:
"Birinci hissədən sonra Əhmədovu texniki zonadan kənarlaşdıran AFFA nümayəndəsi və dördüncü hakim də futbolçunun orada olmasını təsdiqləyə bilər".
"Səbail" ilə oyunun protokolunda "Zirə"nin heyətində 1998-ci il təvəllüdlü və ya daha gənc bir futbolçunun adı qeyd olunmayıb. Bu isə Premyer Liqanın Əsasnaməsinə ziddi. Məsələyə AFFA İntizam Komitəsinin növbəti iclasında baxılacaq. Əsasnamənin pozulması faktı təsdiqini taparsa, “Zirə”yə texniki məğlubiyyət veriləcək.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”