Dünya futbolu
“Çelsi” və MS evdə, MY və “Liverpul” səfərdə qalib gəldi
Futbol üzrə İngiltərə Premyer Liqasında növbəti turun …
Futbol üzrə İngiltərə Premyer Liqasında növbəti turun oyunlarına start verilib.
Futbolinfo.az xəbər verir ki, açılış oyunu “Tottenhem”la “Liverpul” arasında keçirilib. Üç qolun qeydə alındığı matçda qonaqlar qələbəni bayram edən tərəf olublar.
“Qarabağ”ın Avropa Liqasındaki rəqibi “Arsenal” çətin “Nyukasl” səfərindən qələbə ilə qayıdıb.
Turun maraqla gözlənilən qarşılaşmasında yeni mövsümə uğurlu start verən “Uotford” “Mançester Yunayted”lə münasibətlərinə aydınlıq gətirib. “Qırmızı şeytanlar” əvvəlki 4 oyunun hamısından qalib ayrılan bu rəqibinin uğurlu seriyasına son qoymağı bacarıblar.
Son çempion “Mançester Siti” isə evdə “Fulhem”i böyük hesabla məğlub edib.
İngiltərə Premyer Liqası
5-ci tur
15 sentyabr
Tottenhem – Liverpul 1:2
Qol: Lamela, 90 – Veynaldum, 39. Firmino, 54.
Mançester Siti – Fulhem 3:0
Qol: Sane, 2. D.Silva, 21. Sterlinq, 47.
Nyukasl – Arsenal 1:2
Qol: Klark, 90 – Caka, 49. Özil, 58.
Haddersfild – Kristal Pelas 0:1
Qol: Zaha, 38.
Bornmut – Lester 4:2
Qol: Freyzer, 19; 37. Kinq, 41-pen. Smit, 81 – Meddison, 88-pen. Olbrayton, 89.
Çelsi – Kardiff Siti 4:1
Qol: Azar, 37; 44; 80. Villian, 83 – Bamba, 16.
Uotford – Mançester Yunayted 1:2
Qol: Qrey, 65 – Lukaku, 35. Smollinq, 38.
16 sentyabr
16:30 Vulverhempton – Bernli
19:00 Everton – Vest Hem
17 sentyabr
23:00 Sauthempton – Brayton
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”