Dünya futbolu
Nəbiyev Çexiyada dubla imza atdı
Çexiyanın futbol üzrə gənclər liqasında 8-ci turun oy…
Çexiyanın futbol üzrə gənclər liqasında 8-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Dinamo Çeske” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 4:4.
Nəbiyev də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Fərid 86-cı dəqiqədə əvəzlənib.
Komandasının iki qolunu da azərbaycanlı forvard vurub. O, 45 və 58-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.
“Slaviya”nın U-21 komandası hazırda 7 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”