Dünya futbolu
Ayazdan məhsuldar ötürmə, “Rostov”dan…
Futbol üzrə Rusiya Premyer Liqasında 7-ci turun oyunları ke&cc…
Futbol üzrə Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Ural”la qarşılaşıb. Quliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Ayaz da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və sonadək oynayıb.
Quliyev bu görüşdə məhsuldar ötürmə müəllifi olub. Belə ki, komandasının 49-cu dəqiqədəki bərabərlik qolunun müəllifi Aleksey İonova məhsuldar ötürməni məhz azərbaycanlı futbolçu verib. O, 61-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Rostov” geridə qalan 7 turdan sonra 14 xalla 2-ci pillədə qərarlaşıb.