Ölkə futbolu
Kafu “Qarabağ”ın bazasında
Bu gün “Qarabağ” Futbol Klubunun bazası xüsusi…
Bu gün “Qarabağ” Futbol Klubunun bazası xüsusi qonaq qəbul edib.
Futbolinfo.az xəbər verir ki, Braziliya millisiylə ikiqat dünya çempionu olmuş, “Roma” və “Milan”dan tanıdığımız Kafu Ağdam klubunu ziyarət edib. Uzun illər “Qarabağ”la əməkdaşlıq edən Xüsusi Olimpiya Hərakatının xəttiylə ölkəmizə gələn Braziliya millisinin sabiq kapitanı klubun direktoru Əmrah Çəlikəl, komandanın baş məşqçisi Qurban Qurbanovla görüşüb. Çay masası arxasında klubun son illərdəki çıxışından söhbət açılıb. Sonda isə Kafuya “Qarabağ”ın “2” nömrəli forması hədiyyə olunub.
Komandanın braziliyalı qolkiperi Vaqner Da Silvanın da həmyerliləri ilə görüşü maraqlı alınıb. Qapıçı 2 qat düna çempionuna formasını hədiyyə edib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?