Ölkə futbolu
“Qarabağ”da ciddi itki
“Qarabağ” Topaz Premyer Liqasının 1-ci turundan təxir?…
“Qarabağ” Topaz Premyer Liqasının 1-ci turundan təxirə salınmış “Zirə”ylə oyunda ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun aparıcı oyunçularından olan Donald Gerrye matçın birinci hissəsində ağır zədə alıb.
O, “Azərsun Arena”da keçirilən matçda fasiləyə 10 dəqiqə qalmış rəqib futbolçu ilə mübarizə zamanı çiynindən xəsarət alıb. Həkimlər legionerə tibbi yardım göstərsələr də, o, mübarizəni davam etdirə bilməyib. Bu üzdən də Donald albaniyalı həmkarı Ansi Aqolli ilə əvəzlənib.
Qeyd edək ki, ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ”da kapitan Rəşad Sadıqov, bolqar yarımmüdafiəçi Simeon Slavçev və ispaniyalı cinah yarımmüdafiəçisi Dani Kintana da zədəlidi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”