Premyer-liqa
Azərbaycan çempionatlarında 12000-ci qol
“Neftçi”nin futbolçusu Dario Federiko Azərb…
“Neftçi”nin futbolçusu Dario Federiko Azərbaycan çempionatları tarixinə düşüb.
Futbolinfo.az xəbər verir ki, braziliyalı legioner yarışın 26 illik tarixində 12000-ci qolun müəllifi olub. O, yubiley qolunu Topaz Premyer Liqasının 6-cı turunun “Səbail”lə ev matçının (4:0) 6-cı dəqiqəsində vurub.
8-ci km stadionundakı görüşdə dubl müəllifi olan Dario hesabı açdığı topla 12000-ci qola imza atıb. Bu görüşədək Azərbaycan çempionatları tarixində 11999 qol vurulmuşdu. Nəticəsi ləğv olunan matçlar, həmçinin texniki nəticələrin hesaba alınmadığı statistikaya əsasən 1992-ci ildən keçirilən yarışdakı 4703-cü matçda qol sayı 1203-ə çatıb.
Qeyd edək ki, Darionun matçdakı ilk qolu həm də 2018/19 mövsümünün 50-ci topu olub. Əvvəlki 5 turun 19 oyununda (1 matçın nəticəsi ləğv olunub) 49 qol qeydə alınmışdı. Əvvəlki mövsümlərdə 11950 qol vurulduğu üçün 50-ci top, həm də 12000-ci olub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?