Ölkə futbolu
“Qarabağ” – “Arsenal” matçı italyanlara tapşırıldı
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Az?…
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la İngiltərənin "Arsenal” klubu arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Davide Massa olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Alessandro Kostanso kömək edəcəklər. Daniele Doveri ilə Mixael Fabbri əlavə köməkçi, Fabiano Preti isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Rusiyalı Nikolay Levnikov bu görüşdə hakim-inspektor kimi fəaliyyət göstərəcək. UEFA nümayəndəsi isə Macarıstandan İstvan Huşar olacaq.
“Qarabağ” – “Arsenal” matçı saat 20:55-də başlayacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?