Ölkə futbolu
Arif Əsədov yeni iş yerini açıqladı: “Alnımıza sıfırdan başlamaq yazılıb”
Azərbaycan futbolunun tanınmış nümayəndələrindən biri, fu…
Azərbaycan futbolunun tanınmış nümayəndələrindən biri, futbolçu kimi Avropa və dünya çempionu, məşqçi kimi isə Azərbaycan çempionu olan, son olaraq, Birinci Divizionda “Sabah” klubunun uğurları üçün çalışan Arif Əsədovun yeni iş yeri məlum olub.
Futbolinfo.az xəbər verir ki, Pro lisenziyalı məşqçi yeni fəaliyyətə başlamış “Miras” futbol akademiyasının baş koordinatoru təyin olunub.
“Miras” klubu aşağı yaş qruplarından ibarət komandalar formalaşdıracaq. İlk vaxtlar bu klubda məşqlər ödənişli əsaslarla keçiriləcək. Daha sonra isə işlərin genişləndiriləcəyi gözlənilir. Arif Əsədov “Miras” klubuna təcrübəli məşqçilər də cəlb edəcək.
Bu barədə futbol11.az saytına danışan Əsədov işlərin peşəkar səviyyədə görüləcəyini vurğulayıb: “Sabah”dan ayrıldıqdan sonra işsiz qalmışdım. Gələn təklifi müsbət dəyərləndirib, yenidən futbola qayıtmağı lazım bildim. Akademiyada işləmək o demək deyil ki, böyük futbol ilə vidalaşdım. Təklif gələcəyi təqdirdə yenidən elitada işləmək istəyərəm. Akademiyada işləri kökündən quracağıq. Onsuz da, alnımıza sıfırdan başlamaq yazılıb Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?