Dünya futbolu
“Vorskla”nın futbolçusu “Qarabağ”la oyunları buraxa bilər
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki r…
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın “Vorskla” klubunun futbolçusu Aleksandr Kobaxidze çiynindən aldığı zədəyə görə əməliyyat olunacaq.
Futbolinfo.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi aldığı zədənin xroniki zədəyə çevrilməməsi üçün əməliyyat olunub tam sağalaraq meydanlara qayıtmaq istəyir.
Əməliyyatdan sonra sağalma prosesinin 6-8 həftə çəkəcəyi proqnozlaşdırılır. Bu isə o deməkdir ki, 31 yaşlı oyunçu ilin sonuna qədərki bütün matçları buraxa bilər. Belə olacağı halda, Kobaxidze “Vorskla”nın “Qarabağ”a qarşı keçirəcəyi hər iki görüşü buraxacaq.
Qeyd edəkl ki, “Qarabağ” və “Vorskla” arasındakı ilk görüş oktyabrın 25-də Bakıda keçiriləcək. Səfərdəki matç isə noyabrın 8-də Ukraynanın Poltava şəhərində təşkil olunacaq.
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”