Dünya futbolu
“Azərbaycanla matçda yaxşı oynaya biləcəyimizi göstərdik”
Futbol üzrə Malta millisinin qapıçısı Endryu Hoqq UEFA…
Futbol üzrə Malta millisinin qapıçısı Endryu Hoqq UEFA Millətlər Liqası çərçivəsində Kosovo və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri matçlarla bağlı fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, 33 yaşlı qolkiper Kosovo millisini qrupun ən güclüsü adlandırıb:
“İntizamlı, kompakt olsaq və baş məşqçinin dediklərinə tam olaraq əməl etsək, qarşıdakı iki matçda yaxşı nəticə əldə edə bilərik. Fikrimcə, Kosovo bu qrupun ən güclü komandasıdı. Lakin biz onlardan çəkinmədən oynayacağıq. Meydana çıxıb sona qədər mübarizə aparacağıq. Bizi çətin oyunun gözlədiyini bilirik”.
Təcrübəli qolkiper Azərbaycan yığması ilə səfərdə keçirəcəkləri oyun haqqında da fikirlərini bölüşüb: "Azərbaycan millisinə qarşı evdə əldə etdiyimiz xal bizə iki çətin səfər matçı öncəsi motivasiya verdi. Düşünürəm ki, hər iki görüşdə meydanda öz oyunumuzu göstərməliyik. Azərbaycana qarşı matçda yaxşı oynaya biləcəyimizi və topla da rahat davrandığımızı göstərdik”.