Ölkə futbolu
Portuqaliya və Serbiya səfərdə sevindi, Rusiya xal itirdi
Futbol üzrə UEFA Millətlər Liqasında 3-cü tura start ver…
Futbol üzrə UEFA Millətlər Liqasında 3-cü tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 4 liqada 7 oyun keçirilib.
D Liqasında çıxış edən Azərbaycan millisi səfərdə Farer adaları ilə üz-üzə gəlib və darmadağına sevinib. Qrupun digər matçında isə Kosovo Maltanı qəbul edib və inamlı qələbə qazanıb.
İlk oyun günündə A Liqasında bir qarşılaşma keçirilib. Polşa öz meydanında Portuqaliya ilə qarşılaşıb. Portuqaliya bu oyunda da 3 xal qazanmaqla qrup liderliyini qoruyub.
Günün maraqla gözlənilən oyunlarından biri B liqası çərçivəsində baş tutub. Rusiya doğma meydanda İsveçlə qarşılaşıb. Tərəflər bu oyunda qol vurmadan 1 xal əldə ediblər.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur
11 oktyabr
A Liqası
3-cü qrup
Polşa – Portuqaliya 2:3
Qol: Qol: Piatek, 18. Blaşikovski, 77 – A.Silva, 31. K.Qlik, 43-öz qapısına. B.Silva, 52.
B Liqası
2-ci qrup
Rusiya – İsveç 0:0
C Liqası
1-ci qrup
İsrail – Şotlandiya 2:1
Qol: Qol: Perets, 52. Tirni, 75-öz qapısına – Malqryu, 25-pen.
4-cü qrup
Litva – Rumıniya 1:2
Qol: Qol: Zulpa, 90 – Kipçu. 13. Maksim, 90.
Çernoqoriya – Serbiya 0:2
Qol: Qol: Mitroviç, 19-pen; 81.
D Liqası
3-cü qrup
Farer adaları – Azərbaycan 0:3
Qol: R.Almeyda, 28; 86-pen. D.Nazarov, 67.
Kosovo – Malta 3:1
Qol: B.Kololli, 30; 81. V.Muriqi, 68 – E.Aqius, 51.