Milli komanda
Yığmamızın rəqiblərinin duelində 4 qol
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasınd…
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunmuş AÇ-2019-un seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyunlar baş tutub.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin yer aldığı 5-ci qrupda da bu gün bir görüş baş tutub.
İsrailin 21 yaşlıları doğma meydanda İrlandiya ilə üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb – 3:1.
Bu qələbədən sonra İsrail sonuncu pillədə qərarlaşmış Azərbaycan yığması üçün ilə xal fərqini 9-a çatdırıb.
Hazırda 5-ci qrupda vəziyyət belədi: Almaniya – 19, Norveç, İrlandiya – 14, Kosovo – 12, İsrail – 11, Azərbaycan – 2.
Rəşad Sadıqovun baş məşqçisi olduğu Azərbaycan yığması sonuncu matçını oktyabrın 16-da səfərdə Norveçə qarşı keçirəcək.