Premyer-liqa
“Neftçi” hələ də tam heyətlə məşq edə bilmir
“Neftçi” Topaz Premyer Liqasının 8-ci turu &ccedi…
“Neftçi” Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacağı “Qəbələ” ilə oyuna hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, komanda bu gün doğma bazasında növbəti məşqə çıxıb.
Məşqdə Ruslan Abışov, həmçinin Azərbaycanın U-21 və Haiti milli komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah da bir məşqlə davam edəcək.
Xatırladaq ki, Topaz Premyer Liqasının 8-cu turu çərçivəsində oktyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ” – "Neftçi” oyununa saat 17:00-da start veriləcək.