Ölkə futbolu
“Futbolçularımız qələbə üçün lazım olan hər şeyi etdilər”
UEFA Gənclər Liqasının 1-ci mərhələsinin cavab oyunları &ccedi…
UEFA Gənclər Liqasının 1-ci mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Şerif” (Moldova) – “Qəbələ” matçından (1:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Emin İmaməliyevin mətbuat konfransı keçirilib.
Futbolinfo.az xəbər verir ki, 38 yaşlı mütəxəssis bunları söyləyib:
“Oyunun çətin keçəcəyini bilirdik. İlk qarşılaşma “Şerif”in yaxşı komanda olduğunu göstərmişdi. Evdə keçirdiyimiz ilk görüşdə heç-heçə etdik. Bu qarşılaşmadan sonra oyunu və rəqibi analiz edib, güclü və zəif tərəflərini müəyyənləşdirdik. Ən əsası isə futbolçularımız verilən tapşırıqları, qələbə üçün lazım olan hər şeyi etdilər. Deməzdim ki, səfərdə evdəkindən daha yaxşı oynamışıq. Həmin oyunda da, xüsusilə ikinci hissədə qol imkanlarımız çox oldu. Cavab oyununda rəqib daha çox arxada oynadığından onları təzyiq altında saxlayıb, səhv buraxmağa məcbur etdik. İlk qol da bunun nəticəsi idi. Arxaya ötürmədə topu ələ keçirib hesabı açdıq. Digər iki qolumuz da pressinq sayəsində vuruldu. “Şerif” yaxşı komandadı. Həm müdafiə, həm hücumda oynamağı bacarır. Bu gün biz daha güclü oynadığımız üçün qalib gəldik. “Herta” – “Lex” oyununa gəlincə, hər iki komanda yaxşı rəqibdi. Futbolda zəif rəqib yoxdu. Yaxşı hazırlaşıb, onlarla bərabər səviyyədə oynamaq olar”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?