I Liqa
Lider ilk xal itkisi ilə üzləşdi, “Qarabağ” uduzdu
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 8-ci turun oyunlar?…
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 8-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.
“Qarabağ”ın əvəzediciləri “Keşlə-2” ilə səfər oyununda məğlubiyyətlə üzləşib.
Bu tura qədər itkisiz irəliləyən lider MOİK isə bu dəfə xal itkisi ilə üzləşib. “Hərbçilər” “Ağsu” ilə ev oyunundan heç-heçə ilə ayrılıblar.
8-ci tura sabah keçiriləcək “Sabah-2” – “Zirə-2” oyunu ilə yekun vurulacaq.
Birinci Divizion
8-ci tur
26 oktyabr
Keşlə-2 – Qarabağ-2 3:1
Qol: Bahodir Nasimov, 7; 58-pen. Seymur Əsədov, 42 – Rövlan Muradov, 17.
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Samir Hacıyev, Rəsul Babayev
“ASK Arena”
MOİK – Ağsu 1:1
Qol: Raul Yaqubzadə, 52 – Elnur Səmədov, 33-pen.
Hakimlər: Mahir Məmmədov, Səbuhi Soltanov, Əli Cəbrayılov, Namiq Bəkirov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
Turun digər oyunları:
Zaqatala – Sumqayıt-2 3:1
Qaradağ Lökbatan – Şüvəlan 1:3
Kəpəz – Turan Tovuz 1:3
Neftçi-2 – Səbail-2 1:1
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd