Premyer-liqa
“Sumqayıt”la “Qəbələ”dən heç-heçə, “Zirə” yenə “Sabah”a uduzdu
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu tura…
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Öncə Premyer Liqanın debütantı “Sabah” “Zirə” ilə üz-üzə gəlib. Elşad Əhmədovun çalışdırdığı “Sabah”dan fərqli, zirəlilər mövsümə heç də uğurlu başlamayıblar. İlk dövrədə də bu komandaların duelində debütant 2 cavabsız qolla qalib gəlmişdi. Elə bu dəfə də sevinən tərəf debütant olub.
Günün digər oyununda isə “Sumqayıt” “Qəbələ” ilə qarşılaşıb. Birinci dövrədə bu komandalar heç-heçəyə razılaşmışdılar – 1:1. Bu oyunda sumqayıtlılar matçın əvvəlindəcə 2 qol vurmaqla qələbə qazanmaq üçün yaxşı şans əldə ediblər. Lakin "Qəbələ" özündə güc taparaq məğlubiyyətdən yaxa qurtara bilib. Beləcə, bu komandalar yenə heç-heçəyə razılaşıblar.
Topaz Premyer Liqası
9-cu tur
27 oktyabr
Sabah – Zirə 2:1
Qol: M.İsayev, 45. C.İmamverdiyev, 90+2 – T.Mütəllimov, 73.
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Cəmil Quliyev, Rəhim Həsənov.
Masazır. “Əlincə Arena”, 16:00.
Sabah: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 19. Məqsəd İsayev, 25. Vanderson Silva, 13. Filip İvanoviç, 15. Erik Ramos, 22. Miloş Bosançiç, 10. Cavid İmamverdiyev (k), 21. Novruz Məmmədov, 7. Vitali Kvaşuk, 33. Eltun Turabov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 27. Bəxtiyar Soltanov, 4. Tərzin Cahangirov, 6. Vadim Abdullayev, 14. Tural Qürbətov, 3. Elvin Bədəlov, 11. Elgün Nəbiyev, 2. Ülvi İbazadə, 88. Elçin Əsədov.
Baş məşqçi: Elşad Əhmədov.
Zirə: 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 39. Sadiq Quliyev, 88. Tellur Mütəllimov, 2. İlkin Qırtımov, 8. Kamal Mirzəyev, 38. İlkin Muradov, 7. Pərdis Fərcad-Azad, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 91. Bilal Həmdi.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 47. Əmrah Bayramov, 13. Murad Musayev, 11. Dilan Duventru, 16. İbrahim Aslanlı, 3. Budaq Nəsirov, 77. Mirsahib Abbasov, 17. Vüsal İsgəndərli, 26. Miloş Rodivoyeviç, 27. Adrian Skarlatake.
Baş məşqçi: Samir Abasov.
Sumqayıt – Qəbələ 2:2
Qol: Ş.Əliyev, 7; 19 – S.Monroz, 41. A.Lalavele, 56.
Qırmızı vərəqə: B.Mustafazadə, 90+1. R.Əliyev, 90+4.
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Cavanşir Yusifov, Ramil Əhmədov.
Bakı. “Dalğa Arena”, 18:00.
Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov (k), 4. Şəhriyar Əliyev, 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 8. Orxan Əliyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Nazim Süleymanov.
Qəbələ: 30. Aqil Məmmədov, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 21. Atakora Lalavele, 28. Stiven Monroz, 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 22. Dmitri Bezotosnı, 35. Murad Popov, 7. Roman Hüseynov, 11. Asif Məmmədov, 18. İlqar Qurbanov, 26. Faiq Hacıyev, 27. Bəhlul Mustafazadə, 32. Amin Seydiyev, 79. Əli Sadıxov, 88. Sabien Lilay, 99. Abbas Ağazadə.
Baş məşqçi: Sənan Qurbanov.
Turun qalan oyunları sabah keçiriləcək: “Səbail” – “Keşlə”, “Neftçi” – “Qarabağ”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”