Ölkə futbolu
“Sumqayıt” böyüyür: baza da tikilir, yeni tribuna da
“Sumqayıt” klub kimi böyümək qərarına gəlib…
“Sumqayıt” klub kimi böyümək qərarına gəlib. Klub rəhbərliyi infrastrukturu yaxşılaşdırmaq üçün əməli fəaliyyətə başlayıb.
Artıq komandanın əsas meydançasında təmir işləri yekunlaşıb. Təbii ot örtüyü salınıb, bu gün test götürüləcək və növbəti turdan etibarən komanda rəqiblərini doğma meydanda qəbul edəcək.
Bundan başqa, 1 təbii, 1 süni örtüklü böyük, 2 süni ötüklü kiçik meydança da quraşdırılıb. Komanda hazırda məşqlərini süni örtüklü meydançasında keçirir.
Bu mövsüm “Sumqayıt”ın yeni bazasının tikintisinə də başlanacaq. Qərar verilib və minimum 3 mərtəbəli binanın inşaası razılaşdırılıb, mövsümün gedişində işlər başlanacaq. Tribunaların sağındakı qapının, “KapitalBank Arena” yazılan lövhənin arxasındakı boş ərazidə baza ucaldılacaq. Gələn ilin ilk yarısında başlayacaq işləri “Azərkimya” maliyyələşdirəcək, xərclərin yarısı klubun büdcəsindən ödəniləcək.
“KapitalBank Arena”nın tamaşaçı tutumu da artacaq. Tezliklə 1500 nəfərlik yeni tribuna quraşdırılacaq və mövsümün son turlarına kimi istifadəyə veriləcək.