Layihə
GÜNÜN XATIRLATMASI: Zamanında edilməyənlər…
Klublarımız büdcələrini adətən gizli saxlayır. Heç …
Klublarımız büdcələrini adətən gizli saxlayır. Heç kim nə qədər xərclədiyini, sponsorlardan nə qədər vəsait aldığını açıqlamır.
Şəffaflıq olmadıqda isə çoxlu söz-söhbət olur, şaiyələr dolaşır. Vaxtilə “Xəzər Lənkəran”ın, “Bakı”nın, “İnter”in 20-25 milyon xərcləməsi barədə danışılırdı. Heç vaxt hansısa təsdiq məlumatı eşitmədik, yalnız bu klublar dağıldıqdan sonra yığılan borcları həqiqət mənzərəsini gözümüz önündə açdı.
Futbolda pulun havaya sovrulduğu həmin illərdə ciddi nəticələr qazanılmadı, hətta infrastruktur baxımından da bir iş görülmədi. 81 yaşlı “Neftçi” baza tikintisinə hələ indi başlayırsa, deməli, zamanında bir çox işlər düzgün qurulmayıb. İndi isə klublar daha az pulla müəyyən işlər görməyə cəhd edir.
Lakin indi də başqa problem var. Milyonların yelə verildiyi illərin ardından kiçik büdcələrlə həm infrastruktur qurulmalı, həm uşaq futbolu inkişaf etdirilməli, həm də nəticə qazanılmalıdı.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”