Premyer-liqa
Nazim Süleymanov: “Penaltimiz verilmədi”
Bu gün Topaz Premyer Liqasının 9-cu turu çərçiv?…
Bu gün Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Sumqayıt" "Dalğa Arena"da" Qəbələ"ni qəbul edib.
Futbolinfo.az xəbər verir ki, 2:2 hesabıyla başa çatan oyundan sonra "kimyaçılar"ın baş məşqçisi Nazim Süleymanov mətbuat konfransı keçirib. O, oyunla bağlı bunları deyib:
– Oyunun maraqlı keçəcəyini gözləyirdik. Həm oyunda, həm də hesabda üstün idik. Qapımızda qol görməzdən əvvəl penaltimiz verilmədi. Biz demirik ki, bizə kömək etsinlər. Amma nə varsa, onu versinlər. Bizim də səhvlərimiz oldu. Elə oyun oldu ki, həm böyükhesablı qələbə qazana bilərdik, həm də məğlub ola bilərdik. İrəli baxmaq lazımdı. Futbolçuların əziyyətinə görə heyfslənirəm.
– Qapıçının hər iki qolda səhvi oldu…
– Futboldu, futbolda səhvlər olur. Qol olandan sonra səhvlər görünür. Analiz edəcəyik.
– Atillaya qarşı səbr kasanız nə vaxt dolacaq?
– Atillanı tutdular, vurdular. Atilla öz oyununu oynayır. Gözləmək lazımdı. Zamana ehtiyacı var.
– İkinci hissədə rəqib sizi sıxırdı, amma əvəzetmə etmədiz. Əfranı əvəzləməməyinizin səbəbi nədi?
– Əfrana top gələndə hər zaman hiss olunur ki, qol epizodu yarada bilər. Ona görə əvəz etmədim.
– Qələbə istəyən komanda mütləq 3-cü əvəzetməni etməliydi.
– Biz hər bir futbolçuya şans veririk, hər bir futbolçu da o şansdan istifadə etməlidi. Biz də əlimizdə olan futbolçulardan istifadə etdik.
– Ötən tur Vurğun Hüseynov qırmızı vərəqə aldıqdan sonra onun cəzalanacağını demişdiz. 6 il komandanın kapitanı olmuş futbolçu haqda belə demək nə dərəcədə düzgündü?
– Klubun daxilində kim səhv etsə, cəzalanacaq. (komanda.az)