Ölkə futbolu
“Qarabağ”ın “oyun”u
I divizionda 8-ci turun bir oyununda maraqlı hadisə baş verib. Bəl…
I divizionda 8-ci turun bir oyununda maraqlı hadisə baş verib. Bəlkə də “utancverici” demək daha yaxşı olar…
“Qarabağ”ın əvəzediciləri “Keşlə-2” ilə səfər oyununda məğlubiyyətlə üzləşib. Bu qarşılaşmada nadir görüləcək hadisə yaşanıb. Belə ki, ağdamlıların baş məşqçisi Borçe Xristov iştirak ərizəsinə cəmi 13 futbolçunun adını yazıb və onların arasında ikinci qapıçı olmayıb.
Bolqar mütəxəssis 90 dəqiqə ərzində 1 dəyişiklik edib. Onda da qapıya. Hesab 1:1 olarkən, yəni 34-cü dəqiqədən etibarən “Qarabağ” meydanda azlıqda qalıb. Qapıçı rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün baş hakim Nicat İsmayıllı tərəfindən qırmızı vərəqə ilə “mükafatlandırılıb”. Xristov beləcə sahə oyunçusuna əlcək geyindirməli, onu “çərçivə”yə keçirməli olub. Lakin Yusif Həsənovun yeni “amplua”da debütü uğurlu alınmayıb. O, 17 dəqiqə ərzində biri penaltidən olmaqla 2 top buraxıb.
Burada biabırçı durum “Qarabağ”ın yarışa, futbola münasibətidi. Son illərin dəyişməz çempionu əvəzedici komandasına belə münasibət göstərirsə, başqalarından, ümumiyyətlə, danışmağa dəyməz. Klubun sabahı olacaq futbolçuların toplaşdığı “Qarabağ-2” belə rəzil durumda olmamalıdı. Əsas heyət o qədər zəngin olduğu halda, əvəzedicilərə 1 qapıçı göndərməmək məsuliyyətsizliyin nümunəsidi.
Ümumiyyətlə, “Qarabağ”ın uşaq komandalarına diqqət göstərmədiyi elə buradan anlaşılır. Kifayət sayda futbolçu yoxdusa, deməli, faciələr başlayıb. Ölkənin ən imkanlı klubu rəqib qarşısında gülünc duruma düşür. Halbuki divizionda yarışların bu formatda keçirilməsini elə “Qarabağ”ın kapitanı, U-21-in baş məşqçisi Rəşad Sadıqov istəyib. O zaman bu biabırçılıq nə üçündü?
Milli komandaların güclənməsi, inkişafı, gənclərin oyun praktikası qazanması naminə divizion qurban verilib, o zaman nəyə görə milli məşqçilərinin işlədiyi klub işə belə münasibət göstərir?
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”