Premyer-liqa
Aftandil Hacıyev: “Onu buraxsaydım, limit pozulacaqdı”
Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində &ldq…
Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “Bayıl Arena”da “Keşlə” üzərində 2:1 hesablı qələbədən sonra “Səbail”in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib.
Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə fikirlərini bölüşüb:
– Gərgin oyun alındı. Bilirdik ki, "Keşlə” ötən turda qalib gəlmişdi və yaxşı əhval-ruhiyyiddə çıxmışdı meydana. İlk 30 dəqiqəni aktivimizə yazardım. Ağabala Ramazanov zədələndikdən sonra planlarımız pozuldu. Koçuk qırmızı vərəqə aldıqdan sonra isə tam heyətlə müdafiəyə çəkildik. Əks-hücumlar zamanı 1-2 epizod qazandıq. Əsas 3 xal qazanmaq idi, bunu bacardıq. "Qarabağ”la texniki qələbəylə yox, öz alın tərimizlə qalib gələk. İstəyirdik ki, xal fərqini qoruyaq. Rəqiblər güclüdülər. "Keşlə” fasilə zamanı 3 oyunçuyla güclənib və bilirdik ki, bizə çətin olacaq.
– 3-cü əvəzləmə zamanı Paçekonu meydana buraxmaq istəsəniz də, son anda Vüqar Bəybalayevi buraxdınız.
– Paçeko meydana daxil olsaydı, legioner limiti pozulacaqdı.
– Koçukun ikinci sarı vərəqəsinə kəskin etiraz etdiniz…
– Təkrara baxmaq lazımdı. Düşünürəm ki, Koçukun əli rəqibin sifətinə dəysə də, bunu qəsdən etməmişdi və ikinci sarı vərəqə olduqca sərt qərar idi. (Sportnet)
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-08 18:55
“Qəbələ” futbolçuları Gəncədə döyüldü