Dünya futbolu
Sarri “Çelsi”nin tarixinə düşdü
İngiltərənin “Çelsi” klubunun baş məşqç…
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Mauritsio Sarri London təmsilçisinin tarixinə düşüb.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis “zadəganlar”ın tarixində ilk 10 Premyer Liqa matçında məğlub olmayan yeganə baş məşqçidi. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Son turda “Bernli”ni səfərdə 4:0 hesabı ilə məğlub edən “Çelsi” cari mövsümdə Premyer Liqada sayca 7-ci qələbəsini qazanıb. “Zadəganlar” 10 turda 3 dəfə də heç-heçə edərək, turnir cədvəlində 24 xalla 2-ci pillədə qərarlaşıb.
Sarri iyul ayında “Çelsi”nin “sükanı arxasına” keçib. O, “zadəganlar”da yeganə məğlubiyyətini avqustun 5-də, İngiltərə kubokunun finalında “Mançester Siti”yə qarşı oyunda alıb (0:2).
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?