Ölkə futbolu
“Qarabağ”ın oyunlarının vaxtı dəyişir
Dünən bir çox Avropa ölkəsinə qış vaxtına ke&cc…
Dünən bir çox Avropa ölkəsinə qış vaxtına keçidlə əlaqədar olaraq saat əqrəbləri bir saat geri çəkilib.
Futbolinfo.az xəbər verir ki, bu səbəbdən Avropada bir sıra önəmli idman yarışlarının başlama saatında dəyişilik olacaq.
Bundan sonra Çempionlar Liqasının və Avropa Liqasının oyunları bu mövsümdə bu günə qədər olduğu kimi, Bakı vaxtı ilə saat 20:55 və 23:00-da deyil, 21:55 və 00:00-da başlanacaq. Bu proses gələn həftədən başlayaraq gələn ilin martın son bazar gününə, Avropada yay vaxtına keçid olana qədər davam edəcək.
Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının E qrupunda “Arsenal”, “Sportinq” və “Vorskla” klubları ilə mübarizə aparır. Ağdam təsmilçisi keçirdiyi hər 3 qarşılaşmada məğlub olub: “Sportinq” – “Qarabağ” 2:0, “Qarabağ” – “Arsenal” 0:3, “Qarabağ” – “Vorskla” 0:1.
Azərbaycanda qış və yay vaxtına keçid ləğv olunub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?