Premyer-liqa
Baqali Dabodan 25-ci qol
“Neftçi”nin futbolçusu Baqali Dabo Azərbayc…
“Neftçi”nin futbolçusu Baqali Dabo Azərbaycan çempionatlarında 25-ci qolunu vurub.
Futbolinfo.az xəbər verir ki, yubiley topu Topaz Premyer Liqasının 9-cu turunun “Qarabağ”la ev oyununa (3:1) təsadüf edib.
Fransalı hücumçu çempionatda keçirdiyi 52-ci qarşılaşmada 25-ci dəfə fərqlənib. Dabo yarışın tarixində 25 və daha çox qol vuran 109-cu futbolçudur. Hücumçu bu toplardan 20-ni “Qəbələ”, 5-ni indiki klubu “Neftçi”də vurub.
Çempionatda debüt etdiyi 2016/17 mövsümündə 7 dəfə fərqlənən Baqali, bombardiri olduğu ötən çempionatda 13 dəfə qol sevinci yaşamışdı. Digər 5 top isə cari mövsümün arxada qalan 9 turuna təsadüf edib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?