Ölkə futbolu
“Real” Lopeteqini qovdu – RƏSMİ
İspaniyanın “Real” klubunda gözlənilən istefa rə…
İspaniyanın “Real” klubunda gözlənilən istefa rəsmiləşib.
Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisi baş məşqçi Xulen Lopeteqini istefaya göndərib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, bu barədə Madrid təmsilçinin idarə heyətinin iclasında qərar qəbul olunub.
Komandanın uğursuz çıxışı səbəbindən ispan mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verilib.
“Real”ı müvəqqəti olaraq “Kastilya”nın baş məşqçisi Santyaqo Solarinin çalışdıracağı bildirilib.
Qeyd edək ki, son olaraq La Liqanın 10-cu turunda səfərdə “Barselona”ya 1:5 hesabı ilə uduzan “Real” La Liqada 14 xalla 9-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, Lopeteqi bu ilin yayında Madrid klubunun baş məşqçisi təyin edilmişdi.