Layihə
GÜNÜN XATIRLATMASI: İlk dəfə əcnəbisiz…
Tərlan Əhmədov “Keşlə”nin tarixində ilk yerli baş m…
Tərlan Əhmədov “Keşlə”nin tarixində ilk yerli baş məşqçi olacaq. İndiyədək həmişə əcnəbilərə güvənmiş klub “İnter” adlanan vaxt əcnəbi sevgisi ilə daha çox seçilidi.
Klub “Xəzər Universiteti” adlanan vaxt İsmayıl Əliyev, Samir Ələkbərov və Böyükağa Ağayevin rəhbərliyi altında çıxış edib. 2004-cü ildə Beynəlxalq Bankın himayəsinə keçən və ovaxtdan “İnter” adlanan paytaxt təmsilçisini 2 il ukraynalı Anatoli Konkov çalışdırıb. 2006-da Oleq Smolyaninova tapşırılan komanda rusiyalının 6 aylıq macərasından sonra, 2009-dək Valentin Xodukinin iadərsində olub.
2009-dan klubda gürcülərin dönəmi başlayıb. Kaxaber Tsxadadze 6 il çalışdıqdan sonra postunu Zaur Svanadzeyə buraxıb. Onu 2017-nin sonunda 2 ay müddətinə müvəqqəti olaraq Ramiz Məmmədov əvəzləyib. 2018-in qışından baş məşqçi olan Yuri Maksimov cari mövsümün əvvəlində Mladen Milinkoviçlə əvəzlənmişdi. Dünən istefaya göndərilən serbin bacarmadığını isə indi Tərlan Əhmədov reallaşdırmalıdı.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?