Dünya futbolu
Paytaxt klubundan rekord
Fransanın PSJ futbol klubu yeni rekorda imza atıb.
Futbolin…
Fransanın PSJ futbol klubu yeni rekorda imza atıb.
Futbolinfo.az xəbər verir ki, Paris təmsilçisi Avropanın ən böyük beş liqasında ardıcıl 11 oyunda qələbə qazanan ikinci komanda olub.
Tomas Tuxelin baş məşqçi olduğu kollektiv 11-ci turda səfərdə Marsel “Olimpik"ini 2:0 hesabı ilə məğlub etməklə, İngiltərənin "Tottenhem" klubunun rekorduna şərik olub.
London klubu 1960/1961 mövsümündə ardıcıl 11 oyunun hamısında meydanı 3 xalla tərk edib və sonda çempion olub. Bu rekordu son 58 ildə heç bir komanda qıra bilməyib.
Qeyd edək ki, PSJ mövsümün əvvəlində baş məşqçi postuna Tomas Tuxeli gətirib. Komanda 11 tur ərzində 39 qol vurub və 6 top buraxıb. Qarşıdakı oyunlarda da qələbə qazanacağı halda, bu klubun mütləq rekorda imza atması rəsmiləşəcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?