Bizi izləyin

Müsahibə

“Rəqib 10 nəfərlə müdafiə olunurdu” – Jezniçak “Neftçi”yə məğlubiyyətdən danışdı

“Qarabağ”ın müdafiəçisi Yakub Jezniç…

blank

“Qarabağ”ın müdafiəçisi Yakub Jezniçakın futbolinfo.az saytına müsahibəsi:

– “Qarabağ”ın “Neftçi”yə məğlubiyyəti səs-küy yaratdı. Komandanın çıxışı heç də yaxşı qəbul olunmadı…
– Düşünürəm ki, biz bu oyunda pis çıxış etmədik. Ilk hissədə “Neftçi” mənim səhvimdən istifadə etdi. İlk qolu belə vurdular. Bundan sonra onlar dərin müdafiə olunmağa başladılar. Sonuncu oyunumuz kimi topu daha çox özümüzdə saxladıq və daha çox şans yaratdıq. Fiziki olaraq çox yaxşı durumdayıq və bunu oyundan sonra statistikada da gördük. Daha çox meydanda hərəkət edən tərəf idik. Düşünürəm ki, bütün komandaların mövsüm ərzində nəticələri zəif dönəmi ola bilər. 

– Bilirsən ki, “Qarabağ” son qələbəsini 1 ay öncə qazanıb. Düzdü, “Səbail”i meydanda udsanız da, texniki məğlubiyyətə görə xalsız qaldınız…
– Bunu mən bilirəm və komandadakı hər kəsin də xəbəri var. Biz hər gün daha çox çalışmağa davam edirik. Mümkün olan ən tez zamanda bu situasiyanı dəyişməyə çalışacağıq. Mən və komanda məğlubiyyətlərə nifrət edirik. 

– “Neftçi” ilə oyunda bir hissə meydanda ola bildin. Əvəzlənməyinə səbəb nə idi?
– Fikrimcə, ilk hissədən sonra məşqçi müəyyən dəyişikliklər etmək istədi. Çünki ilk hissədə göstərdiyimiz oyun kifayət qədər yaxşı deyildi. Məşqçi rəhbərdir və biz onun qərarlarına hörmət edirik. Mənim üçün önəmli olan “Qarabağ”ın qələbəsidir. 45 və ya 90 dəqiqə meydanda olmağım problem deyil. 

– Biz bir az geriyə gedərək “Vorskla” ilə matçdan danışaq. Komanda qrupda “dişinə” uyğun tək rəqibinə də uduzdu. Amma qarşılaşamdan öncə hamı sizdən qələbə gözləyirdi. Bununla da “Qarabağ”ın növbəti mərhələ şanslarını itirdiyini söyləmək olar?
– Futbolda hər şey mümkündür. Amma biz növbəti mərhələyə adlamaq istəyiriksə, qarşıdakı hər 3 oyunda qalib gəlməliyik. Bunun çox çətin olacağını indidən söyləyə bilərik.  Düşünürəm ki, hazırda biz qarşıdakı hər oyuna ayrı-ayrılıqda konsentrasiya olmalıyıq. Ən yaxşı oyunumuzu meydançada göstərməliyik. 

– “Qarabağ” uduzması bir yana son zamanlar daha çox qol vəziyyəti yaratmaqda da əziyyət çəkir. Bunu ötənilki heyətin 30-40 faizinin dəyişməsi və yenilərin hələ tam adaptasiya ola bilməməsi ilə əlaqələndirmək mümkündür?
– Düşünürəm ki, əvvəlki oyunlarda biz daha çox qol şansı yarada bilirdik və qollar vururduq. Bizim yaxşı komandamız var və bütün futbolçular burda özünü evdəki kimi hiss edir. “Vorskla”ya qarşı oyun ona görə çətin oldu ki, onlar meydanın özlərinə aid hissəsində 10 futbolçu ilə müdafiə olunurdular. Əgər biz “Vorskla” – “Sportinq” oyununa baxsaq, görərik Lissabon klubu da ukraynalıların qapısı qarşısında elə də çox qol şansı yaratmayıb və bunun üçün də çox əziyyət çəkdi. 

– Sabah “Keşlə” ilə oyununuz var və rəqibinizin başı problemlərə qatışıb, yeni məşqçi gəlib…
– Qələbə qazanmaq istəyirik. Biz rəqibimizə hörmət edirik. Amma bizim üçün çox vacib olacaq və necə lazım olsa, elə də oynamalıyıq. 

– Qurban Qurbanov “Neftçi” ilə matçdan sonra bildirmişdi ki, futbolçularla fərdi söhbətim olacaq. Sizinlə nələri danışdı?
– Bu klubun daxili məsələsidir və mən sizə bundan danışa bilmərəm.

CAVAD

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm