Dünya futbolu
“Arsenal”ın futbolçusu “Qarabağ”la oyun haqda: “Qürurverici gün idi”
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan &…
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Arsenal”ın futbolçusu Emil Smit-Rou gələcək hədəfləri haqda danışıb.
Futbolinfo.az xəbər verir ki, 18 yaşlı futbolçu “goal.com”a açıqlamasında “Qarabağ”la keçirilən oyundakı təəssüratlarını da bölüşüb:
“Uşaq olanda Lionel Messi və Andres İnyestanın oyunlarını izləyirdim. Onların “Barselona”da oynamaqları məni sevindirirdi. Hər ikisi meydanda gözəl işlər görürdü.
Premyer Liqada oyununa baxıb, ilham aldığım futbolçu Kevin De Bruynedir. O, həqiqətən çox güclü futbolçudur. “Arsenal”ın Bruynesi olmaq istəyirəm.
Hər gün məşqçi heyətindən və futbolçulardan çox şey öyrənirəm. Məşqlərimiz gərgin keçir, bu da məni daha da mübarizləşdirir.
Avropa Liqasında “Qarabağ”la keçirilən oyunda qol vurduğum üçün çox xoşbəxt olmuşdum. Həmin gün həyatımda ən vacib günlərdən oldu. Bakıda arzuladığım bir şeyi reallaşdırdım. Həmin an mən və ailəm üçün qürurverici gün idi.
Baş məşqçimiz Unay Emeri mənə çox dəstək olur. Oynadığım oyunlarda daha çox təcrübə qazanıram. Bu da, mənim gələcəkdə hədəflərimə çatmağım üçün vacibdir”.
“Arsenal” Avroliqada “Qarabağ”, “Sportinq” və “Vorskla” klubları ilə mübarizə aparır.
“Arsenal” Bakıda keçirilən oyunda “Qarabağ”ı 3:0 hesabıyla məğlub edib. Emili Smit-Rou bu matça əsas heyətdə başlayıb. 18 yaşlı futbolçu 53-cü dəqiqədə hesabı 2:0 edən qolun müəlllifi olub. Emil Smit-Rou bu qolla “Arsenal”ın heyətində 21-ci əsrdə dünyaya gəlib, qol vuran ilk futbolçu kimi tarixə düşüb. O, 65-ci dəqiqədə Məsut Özillə əvəzlənib.