Dünya futbolu
Avrokubokların final oyunları üçün 11 namizəd
2021-ci ildə futbol üzrə Avropa kuboklarının final oyunların…
2021-ci ildə futbol üzrə Avropa kuboklarının final oyunlarının təşkili üçün namizədlər bəlli olub.
Futbolinfo.az UEFA-ya istinadən xəbər verir ki, Çempionlar Liqasının həlledici matçını qəbul etmək üçün Almaniya və Rusiya iddialıdır. Bu ölkələr müvafiq olaraq, Münhen və Sankt-Peterburq şəhərlərinin eyniadlı arenalarını təklif ediblər:
Avropa Liqasının finalını keçirmək istəyən ölkələr:
Avstriya (Vyana, “Ernst Happel”)
Gürcüstan (Tbilisi, “Dinamo-Arena”)
İspaniya (Sevilya, stadion müəyyənləşməyib)
UEFA superkubokunu keçirmək istəyən ölkələr:
Belarus (Minsk, “Dinamo”)
Finlandiya (Helsinki, “Olimpiyski”)
Şimali İrlandiya (Belfast, “Vindsor Park”)
Ukrayna (Xarkov, “Metallist”)
Qadınlar arasında ÇL-in finalını keçirmək istəyən ölkələr:
Çexiya (Praqa, “Eden Arena”)
İsveç (Göteborq, “Qamla Ullevi”)
Son qərar 2019-cu ilin yayında UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək.
2019-cu ildə Avropa Liqasının finalı Azərbaycanda keçiriləcək. Mayın 29-na təyin olunan görüş Bakı Olimpiya Stadionunda təşkil ediləcək.