Dünya futbolu
Himn zamanı üzünü qaşıyan futbolçu 1 oyun cəza aldı
Çin Futbol Federasiyası “Şandun Lenun” klubunda f…
Çin Futbol Federasiyası “Şandun Lenun” klubunda forma geyinən Dieqo Tardellini cəzalandırıb.
Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçuya 1 oyunluq cəza verilib. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Çin Liqasının 27-ci turunda keçirilən “Şanxay SİPQ” – “Şandun Lenun” matçında, dövlət himni səslənərkən, Tardelli üzünü qaşıyıb. Futbol federasiyası bu hərəkətin milli dəyərlərə ziddi olduğunu və cəmiyyətə mənfi təsir etdiyini səbəb göstərərək, Tardelliyə 1 oyun cəza verdiyini açıqlayıb.
Karyerası ərzində “Sao Paulo”, “Anji”, “Betis”, PSV kimi klublarda forma geyinən Tardelli, 2015-ci ildə “Şandun Lenun”a transfer edilib. 33 yaşlı forvard 14 dəfə də Braziliya millisinin şərəfini qoruyub.