Layihə
GÜNÜN SUALI: AFFA rəhbərliyi niyə yalan danışdı?
Ölkə futbolu yavaş-yavaş süni qazonlardan xilas olur. &ld…
Ölkə futbolu yavaş-yavaş süni qazonlardan xilas olur. “Dalğa Arena”da ot örtüyünün təbiiyə dəyişdirilməsi ilə başlayan proses davam edir.
Artıq “Sumqayıt” və “Zirə”nin meydanlarında da tamamlama işləri gedir. Ay ərzində hər iki komanda evinə dönə, rəqiblərini doğma meydanda qəbul edə biləcək.
AFFA-dakı bəzi işbazların vasitəçiliyi ilə salınan və baş katib Elxan Məmmədovun monopoliyasında olan süni qazon biznesi beləcə sıradan çıxr. Amma təbii örtük salınması prosesi də elə onların nəzarətindədi. İlk əvvəl süni qazonla qazananlar indi də onun dəyişməsindən qaz vurub, qazan doldurur. Yəni, eyni adamlardı, SOCAR-ın ayırdığı pulu istədikləri kimi “idarə edirlər”.
Qazonların yenilənməsi təsadüfən baş vermədi. Baş katib SOCAR-dan əlavə maliyyə ayırtdırıb onu dostlarına yönəltmək üçün bəhanə də tapdı. 2020-ci ildə Avropa çempionatının Bakıda keçiriləcək bir qrupunun oyunlar üçün yaşıl meydanların olması şərt idi. Çünki qonaq komandalar üçün yüksək səviyyəli yaşıl qazonları təmin etmək lazımdı.
Lakin bu prosesdə yaddan çıxan da oldu. AFFA rəhbərliyi 3 meydanın ot örtüyünü dəyişəcəyini bəyan etmişdi. Zirədə, Sumqayıtda işlər yekunlaşır, indi “ASK Arena” adlanan “Şəfa” stadionu isə yaddan çıxarılıb. Bəs, AFFA rəhbərliyinin bu yalanının səbəbi nədi?