Dünya futbolu
UEFA 2 klubu cəzalandıra bilər
UEFA İtaliyanın “Roma” və Rusiyanın ÇSKA (Moskv…
UEFA İtaliyanın “Roma” və Rusiyanın ÇSKA (Moskva) komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun oyunu ilə bağlı intizam işi açıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İtaliyada keçirilmiş qarşılamaşda rusiyalı azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər. Bundan başqa "Roma"nın fanatları meydana kənar əşyalar atıblar və tribunaları bloklayıblar.
UEFA İntizam Komitəsi bu məsələni noyabrın 22-də nəzərdən keçirəcək.
Qeyd edək ki, "Roma" – ÇSKA görüşü İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.