Dünya futbolu
“Qəbələ”nin sabiq baş məşqçisi kitab yazdı
“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin …
“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin “Lokomotiv. Kürsüyə qayıdış” kitabının təqdimatı olacaq.
Futbolinfo.az xəbər verir ki, mərasim noyabrın 8-də Rusiyanın paytaxtı Moskvadakı "Oxu-şəhər” mağazasında baş tutacaq. Hazırda "Lokomotiv” rəhbərlik edən 71 yaşlı mütəxəssis tədbirdə həyatı və futbol karyerası barədə danışacaq, sualları cavablandırıb, avtoqraf verəcək.
Qeyd edək ki, "Lokomotiv” 2017/2018 mövsümündə Rusiya Premyer Liqasının qalibi olub. Y.Syominin baş məşqçisi olduğu kollektiv 14 ildən sonra bu uğuru təkrarlaya bilib. Rusiyalı mütəxəssis 2013/2014 mövsümündə "Qəbələ”də çalışıb və Azərbaycan çempionatının bürünc medalını qazanmaqla yanaşı ölkə kubokunun finalçısı olub.