Premyer-liqa
Elşad Əhmədov: “İtkilərimizin çoxluğu sözünü dedi”
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz P…
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
– Heyətdə problemlərimiz var. Bunlar bəhanə deyil, amma məğlubiyyətə təsirini göstərdi. Oyuna ciddi hazırlaşmışdıq, amma belə alındı.
– Mikayıl Cabbarov ikinci dəfədi oyununuza gəlmişdi. Amma bunların birincisində "Sumqayıt"a 1:4, bu gün isə 0:4 hesabı ilə uduzdunuz…
– Onun ayağının düşərli olub-olmadığı söhbətləri yoxdu. "Sumqayıt"la oyuna da ciddi hazırlaşmışdıq. Amma futbolçularımız əks-hücumlara hazır deyildilər.
– Müdafiədəki boşluqlar nəticəsində qollar buraxdınız. Bu, nədən irəli gəlirdi?
– Cinahda oynayanlar Elşən Abdullayev və Məqsəd İsayev idi. Onlar da tam hazır deyildilər. İrəlidə oynadığımızdan, boşluqlarımız buradan qaynaqlanırdı. Mərkəzdə Kərim Diniyevin olmaması özünü göstərdi. İtkilərimizin olması sözünü dedi.
– Marko Deviçin olmaması özünü göstərdi?
– Bəli, oyunu öz üzərinə götürəcək futbolçumuz yox idi. Amma dəfələrlə demişəm ki, komanda bir oyunçudan asılı deyil. (Spotnet)
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?