Ölkə futbolu
Qorxu dolu bəd oyun
Bəd oyun idi, hər cür qanıqaraçılıq mümkün …
Bəd oyun idi, hər cür qanıqaraçılıq mümkün idi. “Neftçi” – “Zirə” oyunu o qədər sərt keçir, o qədər emosiya dolu idi ki, hər cür xoşagəlməzlik baş verə bilərdi.
İlk arzuolunmaz hadisə matç başlamamış yaşandı. “Zirə”dən Dilan Deventru isinmə hərəkətləri edərkən əzələsini dartıb start heyətindən çıxarıldı.
“Neftçi” isə ilk qola ürəkdən sevinə bilmədi. Daha doğrusu, Füzuli Məmmədovun ürəyi sevincə dözmədi. Təzyiq altında işlədiklərindən emosiyası partlayan köməkçi baş məşqçi Roberto Bordinlə çılğıncasına qucaqlaşdı. Və ondan ayrılan kimi qazona sərildi. Şükür ki, onu vəziyyətdən çıxarmaq oldu, toparlandı.
Anar Nəzirov isə komandasını yarıyolda qoydu. Epizodların birində rəqibi Mirabdulla Abbasovla toqquşmadan sonra qapıçının dili qatlandı, hətta beyninin silkələniyi deyilir. Ən xoş olan 75-ci dəqiqədə baş verən bu hadisə zamanı “Zirə”nin kapitanının köməyinə hər iki tərəfin qaçması oldu. Rəqib komandaların həkimləri də, futbolçuları da köməyə tələsdi, hətta onu xərəkdə də bir yerdə çıxardılar.
Bu anda hadisə yerinə hamıdan gec təcili tibbi yardım maşınında əyləşən həkimlər yetişdi. Kök, astagəl xanımlar 30-35 metrlik yolu 2 dəqiqəyə gedə bildilər, bu vaxta qədər isə klub həkimləri vəziyyəti nəzarət altına almışdı.
Kiril Petrovun zədələnməsi də günün bəd olaylarından idi. “Neftçi”nin müdafiəçisi də oyuöncəsi isinmə hərəkətləri zamanı zədələnmişdi, iynə hesabına oynayırdı. 65-ci dəqiqədə isə o, davam edə bilməyib əvəzləndi.
Və nəhayət, bəd oyunda qovulan da oldu. “Zirə”nin məşqçilərindən Vəfadar Quliyev əsəblərinə hakim ola bilmədi və matçın sonlarında tribunaya göndərildi.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-15 16:20
“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”
- Müsahibə2024-04-15 22:35
Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”