Ölkə futbolu
Abbasovun təyinatı niyə ertələndi?
Ayxan Abbasovun təyinatı bir günlük ertələndi. Dün?…
Ayxan Abbasovun təyinatı bir günlük ertələndi. Dünən “Sumqayıt”ın baş məşqçisi kimi ictimaiyyətə təqdim olunması gözlənilən gənc çalışdırıcı ilə bağlı qərar bu gün açıqlanacaq.
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, yubanmanın səbəbi danışıqların uzanması ilə bağlıdı. Abbasov dünən klub rəhbərliyindən başqa sponsorlarla da görüşüb, planları ilə onları tanış edib, istəkləri eşidib. Bütün məsələlərdə razılıq əldə olunub və müqavilənin rəsmiləşməsi qalıb.
Anlaşmanın dəqiq müddəti də bu gün bəlli olacaq. Onunla 2 illik müqavilə bağlanması gözlənilir. Ən pis halda, gələn mövsümün sonunadək, yəni, ilyarımlıq sözləşmə qüvvəyə minəcək. Bu təyinatda xüsusilə klub prezidenti Riad Rəfiyev israrlıdı. O, Abbasovun iş prinsiplərindən məmnundu və “Zirə” karyerasını bəyənib. Bu səbəbdən də Nazim Süleymanovun boşaltdığı postda məhz onun əyləşməsini istəyir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?