Ölkə futbolu
“Qəbələ” 3 xalı 4 qolla əldə etdi
“Qəbələ” futbol akademiyasının komandaları AFFA-nın…
“Qəbələ” futbol akademiyasının komandaları AFFA-nın keçirdiyi liqalarda növbəti oyunlarına çıxıb.
Futbolinfo.az xəbər verir ki, klubun U-17 komandası səfərdə “Turan”a qalib gəlib – 3:0. 5 oyunda 10 xal toplayan “qırmızı-qaralar” 7-ci pillədə qərarlaşıb.
U-16 “Sabah”la görüşdə 1:0 hesablı qələbə qazanıb. 8 matçdan sonra 19 xala malik “Qəbələ” 2-ci yerdədi.
“Zaqatala”nın qonağı olan U-15 meydandan böyükhesablı qələbə ilə ayrılıb – 4:0. 8 turdan sonra 22 xalı olan komanda turnirin lideridi.
Paytaxt zonasında “Keşlə” ilə görüşən U-14 böyükhesablı qələbə ilə hesabına 3 xal yazıb – 4:1. 7 oyunda 16 xal yığan “qırmızı-qaralar” 5-ci sırada yer alıb. Eyni zonada mübarizə aparan U-13 “Qarabağ”a uduzub – 1:3. 8 turda 9 xal toplayan “Qəbələ” 11-ci yerdədi.
U-12 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında “Qəbələ”nin iki komandası üz-üzə gəlib. “Qəbələ” UGİM “Qəbələ” üzərində qələbə əldə edib – 2:1. 9 turdan sonra sonuncular 14 xalla 3-cü, “Qəbələ” isə 27 xalla 1-cidi.
U-10 Liqasının eyni zonasında “Qəbələ” İsmayıllı UGİM-indən güclü olub – 17:0. “Qırmızı-qaralar” 9 turdan sonra 27 xalla 1-ci, 8 oyunda 12 xal toplayan UGİM “Qəbələ” isə 3-cüdü.
Qızlar arasında Yüksək Liqada mübarizə aparan “Qəbələ” 8№-li İOEUGİM-lə (Bakı) görüşüb. Matç 1:1 hesabı ilə başa çatıb. 4 oyunda 4 xal yığan “Qəbələ” turnir cədvəlinin 5-ci pilləsində yer alıb.