Bizi izləyin

Müsahibə

Slavik Alxasov: “Düzdü, bir az çətinlik çəkirəm”

“Keşlə”nin müdafiəçisi Slavik Alxasovun fut…

blank

“Keşlə”nin müdafiəçisi Slavik Alxasovun futbolinfo.az saytına müsahibəsi:

– “Keşlə” son turda nəhayət ki, qalib gələ bildi. Bu qalibiyyət ab-havanı nə qədər dəyişib?
– Çempionatda 2 qələbə qazanmışıq, 3 heç-heçə etmişik. Pis durumda idik. Çünki mövsüm başlayandan “qara zolağ”a düşmüşdük. Tərlan Əhmədov gələndən sonra komandada ab-hava dəyişilib. Düşünürəm ki, artıq yaxşıya doğru irəliləyirik. 

– Mladen Milinkoviçin zamanında daxili ab-hava pis idi?
– Hər məşqçinin öz oyun tərzi var, oyunçularla davranış qaydası var, motivasiya vermək məsələsi var. Mən işlədiyim bütün məşqçilərə hörmətlə yanaşmışam. Onların verdiyi tapşırıqları yerinə yetirməyə çalışmışam. Deyə bilmərəm ki, hansı yaxşı və ya hansı pisdi. 

– Qarşıda “Qəbələ” ilə oyun var. Bilirsən ki, rəqibə də qələbə lazımdı…
– Bəli, “Qəbələ” ilə çətin oyunumuz var. Biz ciddi şəkildə bu qarşılaşmaya hazırlaşmışıq. Bu oyunda rəqib kimi bizə də mütləq 3 xal lazımdı. Əlimizdən gələni edəcəyik ki, oyundan maksimum nəticə ilə ayrılaq. 

– Tərlan Əhmədovun gəlişindən sonra bir çox dəyişikliklər gündəmdədi. Uzun müddətdi heyətdəsən və səncə, hansı dəyişikliklərə ehtiyac var?
– Bizim işimiz məşqçinin dediklərini yerinə yetirməkdi. Futbolçuların bu işə qarışması düzgün deyil. Transfer işləri məşqçilər korpusuna aiddir və görəcəyik ki, gələcəkdə kimlər komandada olacaq. 

– Son zamanlar “Keşlə”də müdafiədən fərqli mövqelərdə çıxış edirsən. İrəli xətdə oynamaq problem deyil?
– Məşqçi mənə harda oynamağı məsləhət görsə, orda canla-başla hazıram ki, meydanda gücümü göstərim. Əsas odu ki, komandaya xeyri dəysin. Hansı mövqedə oynamağımın bir o qədər də önəmi yoxdu. 

– Amma daim çıxış etdiyin mövqedən fərqli oynamaq sənə mütləq çətinlik yaradacaq…
– Əlbəttə, bir az çətinlik çəkirəm. İstənilən halda çətinlik olacaq. Çünki mənim üçün yeni mövqedi. Yarımmüdafiədə və hücumda oynamaq müdafiədəki qədər mənə rahat olmayacaq.

– Çempionatda birincilik mübarizəsində kimlərin olacağı müəyyən qədər bəllidi. Avrokuboklar uğrunda səncə, hansı komandalar döyüşəcək?
– Hələ ki, birinciliyə yaxın “Qarabağ”, “Neftçi” və “Səbail”di. İndiki halda demək olmaz ki, kim dəqiq çempion olacaq. Çünki çempionatın ilk yarısı hələ bitməyib. İkinci yarısı da var. Avrokuboklara gəlincə, bütün komandalar ora iddialıdı və hər cür situasiya mümkündü. 

– Milli komandanın Kosovoya 0:4 hesablı məğlubiyyəti haqqında nə fikirləşirsən?
– Vallah, nə deyim, bilmirəm. Səbəbini də heç kim bilmir. Amma indiki halda komandaya dəstək olmaq lazımdı. Çətin günlərdə azarkeşlər komandanın yanında olmalıdı. Bu məğlubiyyətlər azarkeşlər kimi futbolçuları da çox üzüb. Bizim də çətin günlərimiz oldu, irəli baxdıq və indi onlar da eynilə irəli baxmalıdılar. Hər kəs də bir şəkildə dəstəyini göstərməlidi. 

– Son oyunlara Qurban Qurbanovdan dəvət gözləyirdin?
– İnşallah, qarşıdakı toplanışlara çağırılaram. Özümüzə inanmaq lazımdı.

AĞA

Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-01 12:50

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
Digər idman növləri2024-05-01 12:32

Belqradda dramatik oyun, “Barselona” isə yenidən öndə

blank
Digər idman növləri2024-05-01 12:15

Seriyalarda vəziyyət gərginləşdi

blank
Dünya futbolu2024-05-01 12:00

Krivotsyukun komandası evdə xal itirdi

blank
Digər idman növləri2024-05-01 11:43

Bu gün pley-off mərhələsinin növbəti oyunu keçiriləcək

blank
I Liqa2024-05-01 11:25

I Liqada 24-cü turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-05-01 11:10

Əfsanənin doğma publika qarşısında son oyunu

blank
Ölkə futbolu2024-05-01 10:55

Milli komandamızdan 1 məğlubiyyət, 1 qələbə

blank
Dünya futbolu2024-05-01 10:38

Modriç “Real”ın ən qocası oldu

blank
Dünya futbolu2024-05-01 10:20

Ançelottidən heç-heçə şərhi

blank
Müsahibə2024-05-01 10:02

Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”

blank
Dünya futbolu2024-05-01 09:45

Vinisius ən yaxşı seçildi

blank
Dünya futbolu2024-05-01 09:27

Növbəti yarımfinal – yenə Almaniyada

blank
Ölkə futbolu2024-05-01 09:10

Şeydayevə vərəqə xəbərdarlığı

blank
Ölkə futbolu2024-05-01 08:52

“Yurqorden”in ən uğursuzları

blank
Digər idman növləri2024-05-01 08:34

“Red Bull” dağılma ərəfəsində

blank
Ölkə futbolu2024-05-01 08:17

“Qarabağ”a vurulan 3 qol ən dəyərlilər siyahısında

blank
Ölkə futbolu2024-05-01 08:00

“Qəbələ” bütün legionerlərlə vidalaşacaq

blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm