Dünya futbolu
Azarkeşlər avtobusa hücum çəkdi, final matçı təxirə salındı
Futbol üzrə Libertadores Kubokunun finalı çərçiv…
Futbol üzrə Libertadores Kubokunun finalı çərçivəsində ötən gecə “River Pleyt” və “Boka Xuniors” arasında keçirilməli olan cavab matçı təxirə salınıb.
Futbolinfo.az xəbər verir ki, buna yerli azarkeşlərin “Boka Xuniors” futbolçularını daşıyan avtobusa hücum çəkmələri səbəb olub. Hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, bir neçə şüşəsi sındırılıb.
Fanatları sakitləşdirməkdə çətinlik çəkən polislər gözyaşardıcı qazdan istifadə etməyə məcbur olublar. Qaz isə sınıq pəncərələrdən avtobusun içinə daxil olub və bəzi futbolçular zəhərləniblər.
Qonaq komandanın baş katibi Kristian Qribauldonun sözlərinə görə, bəzi oyunçular şüşə qırıqları dəydiyi üçün xəsarət alıblar. Bundan sonra klub prezidentləri görüşərək, qarşılaşmanın vaxtının bu günə keçirilməsini xahiş ediblər.
Qeyd edək ki, "River Pleyt" – "Boka Xuniors" oyunu bu gecə, Bakı vaxtı ilə 00:00-da başlayacaq. Komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb. Onu da əlavə edək ki, həmin görüş də leysan səbəbindən bir gün sonraya keçirilmişdi.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?