Dünya futbolu
İtaliya klubunda yeni baş məşqçi
İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandel…
İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandellinin yeni iş yeri məlum olub.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis “Cenoa”nın “sükanı arxasına” gətirilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Prandelliylə mövsümün sonuna qədər müqavilə imzalanıb.
“Cenoa” alınan uğursuz nəticələrdən sonra baş məşqçi İvan Yuriçlə yollarını ayırmışdı. Komanda 14 turdan sonra turnir cədvəlində 15 xalla 14-cü pillədə yer alıb.
Prandelli məşqçi karyerası ərzində “Parma”, “Roma”, “Fiorentina”, “Qalatasaray”, “Valensiya” kimi klublarda çalışıb. O, 2010-2014-cü illər aralığında İtaliya millisinin də baş məşqçisi olub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Ölkə futbolu2024-04-29 14:17
II Liqada 23-cü turun təyinatları müəyyənləşdi