Dünya futbolu
Şeydayev Rusiyada dava saldı – VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının hücumç…
Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” Rusiya Premyer Liqasının 17-ci turunda doğma meydanda “Rostov”a qalib gəlib – 1:0.
Futbolinfo.az xəbər verir ki, bu qarşılaşmanın son dəqiqələri kifayət qədər gərgin keçib.
80-ci dəqiqədə meydana çıxan Şeydayev də bu gərginlikdən dolayı sari vərəqə ilə cəzalanıb. Buna onun rəqib futbolçu ilə dalaşması səbəb olub. 82-ci dəqiqədə “Rostov”un islandiyalı legioneri Raqnar Siqurdsson bilərəkdən topla topdaşıyan uşağı vurub. Bundan sonra millimizin hücumçusu ona sərt şəkildə etirazını bildirib və rəqib futbolçunu itələyib. Komanda yoldaşları həmyerlimizi çox çətinliklə sakitləşdirə biliblər. Nəticədə görüşün baş hakimi Siqurdssona qırmızı, Şeydayevə isə sarı vərəqə göstərib.
Qeyd edək ki, “Rostov”un heyətində daha bir azərbaycanlı futbolçu – Ayaz Quliyev forma geyinsə də, o, bu görüşün iştirakçısı olmayıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…