Ölkə futbolu
Reynaldo “Qarabağ”a qayıdır? – Menecerindən açıqlama
Son günlər Azərbaycan mətbuatında braziliyalı futbolç…
Son günlər Azərbaycan mətbuatında braziliyalı futbolçu Reynaldonun “Qarabağ”a qayıdacağı ilə bağlı iddialar səslənir.
Futbolinfo.az xəbər verir ki, son mövsümü Qazaxıstanda keçirən vingerin qış transfer pəncərəsində Ağdam klubu ilə müqavilə imzalayacağı deyilir.
Futbolçunun meneceri Boyan İliç isə futbolinfo.az-a açıqlamasında bunu təkzib edib: “Qarabağ”la aramızda heç bir danışıq olmayıb. Onun Azərbaycana dönməsi real deyil. Qarşıda xeyli vaxt var. Nə olacağını görəcəyik”.
Qeyd edək ki, “Qarabağ” tarixinin ən yaxşı əcnəbi bombardiri olan Reynaldo 2013-2016-cı illərdə Ağdam klubunda keçirdiyi 89 oyunda 47 qol vurub. Fevraldan "Aktobe"də oynayan 29 yaşlı futbolçu Qazaxıstan təmsilçisi ilə müqaviləsinin müddəti bugünlərdə başa çatıb və o, hazırda azad agentdir. Reyanldo "Aktobe"də 30 oyuna 7 qol vurub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir