Ölkə futbolu
“Sumqayıt” “Neftçi” ilə kubok matçına 3 itki ilə hazırlaşır
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi ç…
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” bu oyuna hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, komanda Ayxan Abbasovun rəhbərliyi altında bu gün növbəti məşqini keçirib.
Premyer Liqanın 14-cü turunda "Neftçi" ilə qarşılaşmada zədə alan Əfran İsmayılov məşqdə iştirak etməyib. Xəyal Nəcəfovla Vurğun Hüseynov isə fərdi hazırlıqla kifayətlənib. Bundan başqa əvəzedici heyətdən Baxşəli Baxşəliyev, Səbuhi Abdullazadə və Tural Bayramlı əsas komandanın hazırlıq prosesinə cəlb olunub.
Təxminən 1.5 saat davam edən məşqdə öncə fiziki, ardınca isə toplu hərəkətlər üzərində çalışılıb. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, "Neftçi" – "Sumqayıt" qarşılaşması dekabrın 15-də 8-ci km stadionunda keçiriləcək. Saat 19:00-da start veriləcək matç “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…