Ölkə kuboku
“Qəbələ”nin “Sabah”la 3-cü dueli
Bu həftə futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhəl?…
Bu həftə futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək.
Futbolinfo.az xəbər verir ki, yarışa bu raunddan başlayacaq “Qəbələ” “Sabah”la görüşəcək.
Komandalar arasında ilk oyun dekabrın 16-da baş tutacaq. “Qırmızı-qaralar” kubokda yeni mövsümə Qəbələ şəhər stadionunda başlayacaq.
Bu, rəqiblərin üçüncü dueli olacaq. Komandalar indiyədək yalnız cari mövsümdə qarşılaşıb. Hər iki matç Topaz Premyer Liqası çərçivəsində baş tutub.
Kubokda ilk dəfə üz-üzə gələcək komandaların çempionatdakı duellərində meydan sahibləri minimal fərqlə qalib gəlib. Hərəyə 1 qələbə qazanan rəqiblər eyni sayda – 2 qol vurub. Öz meydanında 2:1 hesabı ilə qalib gələn “Qəbələ”nin heyətində Ceyms Adeniyi və Stiven Monroz fərqlənib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”