Müsahibə
Edvinas: “Qarabağ”dan revanş almaq istəyirik”
“Keşlə”nin müdafiəçisi Edvinas Girdvainisin…
“Keşlə”nin müdafiəçisi Edvinas Girdvainisin futbolinfo.az saytına müsahibəsi:
– 2 gün sonra Azərbaycan Kubokunda “Qarabağ”la üz-üzə gələcəksiniz…
– Bizim üçün çox çətin və vacib qarşılaşma olacaq. Ciddi şəkildə hazırlaşırıq. Biz növbəti mərhələyə çıxmaq haqqında düşünürük. Rəqibimiz nə qədər güclü olsa da, qalibiyyət lazımdı.
– “Keşlə” kubokun son qalibidi. Bu, sizə motivasiya verir?
– Bunu bilirəm, amma keçmişdə qaldı. Biz bu il komandanın gücünü ortaya qoymalıyıq. Göstərməliyik ki, iddiamız var. Fikrimcə, “Keşlə” istənilən komandanı udacaq gücdədi. Bunu “Qarabağ”la matçda sübut etmək istəyirik. Mən inanıram və qələbə qazanacağımızı düşünürəm.
– “Qarabağ”a son oyunda 1:5 hesabı ilə uduzmusuz. Belə məğlubiyyət sizə psixoloji təsir edə bilər…
– Mən sizinlə razı deyiləm və düşünürəm ki, o məğlubiyyət bizə heç bir psixoloji təsir etməyəcək. Əksinə bizə motivasiya verəcək ki, həmin nəticənin təsadüfi olduğunu göstərək.
– Revanş haqqında düşünürsüz?
– Əlbəttə. “Qarabağ”dan 5:1-in revanşını almalıyıq.
– Səncə, yeni baş məşqçi, kompakt olmayan komanda ilə bu mümkündü?
– Biz güclü komandayıq və bir-birimizi anlayırıq. “Qarabağ”ın gücü yox, öz oyunumuz bizi maraqlandırır.
– Baş məşqçi Tərlan Əhmədov bir çox futbolçulardan narazıdı və yolların ayrılacağına dəfələrlə işarə vurub. Özün üçün təhlükə hiss etmirsən?
– Bu barədə heç nə bilmirəm. Hazırda mən işimə köklənmişəm.
FƏRİD
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”