Ölkə kuboku
Tərlan Əhmədov: “Mümkünsüz heç nə yoxdu”
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azə…
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:1 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:
– Ötən oyunda bəzi səhvlərə yol vermişdik. Ona görə bu gün kompakt oynayaraq, rəqibi əks-hücumda yaxalamağa çalışdıq. Belə oyunda futbolçular diqqətli olmalıdılar. Bir səhv matçın nəticəsini həll etdi. Qarşıda cavab oyunu var. Cütün taleyi dekabrın 20-də həll olunacaq. Daha diqqətli oyun sərgiləməyə çalışacağıq.
– Rəqibin "Qarabağ" olduğunu nəzərə alsaq, bu məğlubiyyətin əvəzini cavab görüşündə çıxmaq mümkündü?
– Mümkünsüz heç nə yoxdu. 0:1 hesabı ilə uduzsaq da, daha yaxşı oynayıb qələbə qazanmağa çalışacağıq. Mümkünsüz heç nə yoxdu.
– Zaur Axundov sanki hakimlikdən razı qalmışdı…
– Cərimə zərbəsi təyin edəndə məsafə 9,15 metr olmalıdı, 12 metr yox. Gənc hakimlər təyinat alırlar. Bu da oyuna təsir edir. Adi toxunuşa fit çalanda temp aşağı düşür. Narazılıq varsa, boşuna olmaz.
– Con Ayite əvəzlənəndə narazı görünürdü…
– Mənə də qaranlıq qaldı. Səbəbini bilmirəm. Araşdırarıq, özündən soruşarıq ki, nə məsələdi. (Report)