Ölkə futbolu
Kitanovski də gedə bilər: “Cərimələndim”
Azərbaycan Kubokunun ¼ finalında “Zirə”ya uduzar…
Azərbaycan Kubokunun ¼ finalında “Zirə”ya uduzaraq mübarizəni dayandıran “Səbail”in baş məşqçisi Aftandil Hacıyev tərəflər arasındakı ilk oyunda qırmızı vərəqə alan Tome Kitanovskini cəzalandırıb. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı futbolçunu yüksək məbləğdə cərimələyib.
Məlumatı Kitanovski özü də saytımıza təsdiqləyib. Kitanovski məbləği açıqlamasa da, cərimənin olduğunu bildirib: “Zirə” ilə matçdakı qırmızı vərəqəyə görə cərimələndim. Məbləği deyə bilməyəcəm”.
Kitanovski “Səbail”dən göndərilmək ehtimalını da təkzib etməyib. “Siz də gedənlər siyahısında ola bilərsinizmi” sualına o, belə cavab verib: “Bunu görəcəyik. Klubdan soruşa bilərsiniz. Hər şey mümkündür”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”