Ölkə futbolu
Orxan Sadıqlının əvəzinə 2 namizəd
“Sumqayıt” heyətdə islahata başlayıb. Hələlik koman…
“Sumqayıt” heyətdə islahata başlayıb. Hələlik komandadan göndəriləcək futbolçular müəyyənləşdirilir.
Baş məşqçi Ayxan Abbasov yarımmüdafiəçi Orxan Əliyevlə müdafiəçi Qvanzav Maqomedovun yola salınmasını lazım bilir. Komandaya faydasız olan bu oyunçulara özünə yeni klub tapması məsləhət görülüb. “Keşlə”dən 6 aylıq icarəyə götürülən qapıçı Orxan Sadıqlının isə anlaşmasının müddəti bitib və o, Bakı klubuna qayıdıb.
Əsas diqqəti səviyyəli hücumçu tapmağa yönəldən “Sumqayıt” başqa mövqelərə də namizəd axtarır. İlk olaraq isə ikinci qapıçının transferidi. Sadıqlının gedişindən sonra Mehdi Cənnətova layiqli rəqib lazımdı. Abbasovun dab u baxımdan 2 namizədi var.
Baş məşqçi “Zirə”nin ehtiyat qapıçısı Kamal Bayramovdan cavab gözləyir. Eyni zamanda “Neftçi”də güvənilməyən Rəşad Əzizli də “Sumqayıt”a yollana bilər. “Qəbələ”dən Aqil Məmmədovun gəlişindən sonra 3-cü qapıçıya çevrilən Rəşad “Neftçi”də qalmaq istəmir və “Sumqayıt”a yollanmağa razıdı. Lakin kimi seçəcəyinə Abbasov qərar verməlidi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…